Kabo-Verde millisinin yarımmüdafiəçisi Patrik Andrade "Qarabağ"a qayıdıb.
30 yaşlı futbolçunun transferi ilə bağlı məsələ müsbət həllini tapıb. Yaxın günlərdə transfer rəsmən ictimaiyyətə elan olunacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Qeyd edək ki, Patrik Andrade 2020-ci ildən 2022-ci ilin may ayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. O, 2022/23 mövsümündə bu komadada bütün turnirlərdə 26 oyunda iştirak edib, 2 qol vurub və 3 qolun ötürməsini edib. Patrik Andradenin "Partizan"dakı durumundan məmnun olmadığı və artıq bu klubdan ayrıldığı bildirilir.