Futbol üzrə Azərbaycan I Divizionda 2022/2023-cü illər mövsümünün qalibi “Araz Naxçıvan” klubu mükafatlandırılıb.
Sonuncu turun “Araz Naxçıvan” - “Zaqatala” görüşünün ardınca Naxçıvan Muxtar Respublika stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və AFFA-nın prezidenti Rövnəq Abdullayev çempionluq kuboku və medalları Naxçıvan futbolçularına təqdim ediblər. Qeyd edək ki, “Araz Naxçıvan” divizionun qalibi kimi növbəti mövsümdən Premyer Liqada oynayacaq.