Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Turun sonuncu turunda “Sumqayıt” komandası "Sabah"ı qəbul edib.

"Kapital Bank Arena"da keçirilən görüş Bakı klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.

Matçda Con İrasabal, Davit Volkov, Kristian da Silva və Kristian Sebalyos fərqləniblər.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. İyirmi səkkiz xalı olan "Sumqayıt" isə səkkizinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.