İngiltərə çempionatının 35-ci turunda çempionluq uğrunda mübarizə aparan “Arsenal” səfərdə “Nyukasl”la üz-üzə gəlib. 14-cü dəqiqədə Martin Odeqar topçuları önə keçirib. 2-ci hissəyə də qonaqlar daha yaxşı başlayıblar. 71-ci dəqiqədə “Nyukasl”ın heyətində Fabian Şör avtoqol müəllifi olub. GÖrüşdə başqa qol qeydə alınmayıb: “Nyukasl” – “Arsenal” 0:2. Beləliklə xallarının sayını 81-ə çatdıran “Arsenal” lider “Mançester Siti” ilə xal fərqini 1-ə endirib. Qeyd edək ki, “şəhərlilər” rəqibindən 1 oyun az keçirib. “Nyukasl” isə 65 xalla 3-cü pillədə qərarlaşıb.

Londonun digər təmsilçisi “Vest Hem” də turu qalib başa vurub. Komanda doğma meydanda “Mançester Yunayted”i minimal fərqlə məğlub edib. Yeganə qolu 27-ci dəqiqədə  Said Benrahma vurub.  Bununla da “Vest Hem” xallarını 37-yə çatdırıb və 15-ci pillədəki mövqeyini möhkəmlədib. Ardıcıl 2 oyundur məğlub olan mankunyanlar isə 63 xalla 4-cüdür.ə