İlk mərhələsi Suqovuşanda, növbəti mərhələləri isə Mingəçevirdə keçirilən Beynəlxalq reqatanın bağlanış mərasimi paytaxt Bakıda olub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AKAF-in prezidenti Vüqar Əhmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana, idmançılar və qonaqlar iştirak ediblər.
Daha sonra mükafatlandırılma mərasimi baş tutub. 3 gün boyunca uğurlu nəticə göstərən idmançılara medalları Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski və digərləri veriblər. 20-dək ölkədən 100-dən çox idmançının qatıldığı yarışda ölkəmiz 2 qızıl, 3 gümüş, 9 bürünc olmaqla ümumilikdə, 14 medal əldə edib ki, qaliblər arasında 200 metrlik məsafəyə bir nəfərlik kanoe qayığında ilk pilləni tutan idmançımız Elmir Məmmadov yer alır
Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, tədbirə qatılan qonaqlar Miri Yusifin solo ifasını da dinləyiblər.