Milli Basketbol Assosiasiyasında pley-of seriyasının daha bir oyunu keçirilib. “Qolden Steyt Uorriors” doğma meydanda “Los Anceles Leykers”lə qarşılaşıb. İlk dövrədə qonaqlar, 2-ci hissədə isə meydans sahibləri üstün olublar. Təşəbbüsü əlində saxlayan meydan sahibləri 3-cü bölümdə hesab arasındakı fərqi daha 19 xal artırıblar. Sonuncu hissədə üstünlüyünü qoruyan hazırkı çempion yekunda 27 xal fərqlə qalib gəlib: 127-100 Bununla da seriyada hesab bərabərləşib 1:1

Görüşün ən yaxşı basketbolçusu Kley Tompson olub. O, 30 xal, 3 ribaund və 1 məhsuldar ötürmə ilə fərqlənib. “Leykers”in ulduzu Lebrton Ceyms isə 23 xlal və 7 ribaundla yadda qalıb. Əlavə edək ki, komandalar arasındakı növbəti oyun 2 gün sonra Los Ancelesdə olacaq.