Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası davam edir.
Suqovşanda start verilən yarışın növbəti 2 günü Mingəçevirdə olacaq. Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır. Xatırladaq ki, turnirin ilk günündə Suqovşanda kayak və kanoe növünün müxtəlif yaş qruplarında qalib və mükafatçılar müəyyənləşib. 2005-2006-cı il təvəllüdlü oğlanların birnəfərlik kayakda 200 metr məsafəyə yarışında təmsilçimiz Elmir Məmmədovun qızıl medal qazandığını da qeyd edək.