İtaliya A Seriyasının 33-cü turunda turnir cədvəlinə başçılıq edən “Napoli” səfərdə “Udineze” ilə üz-üzə gəlib.

13-cü dəqiqədə Neapol təmsilçisi hesabda geri düşüb. Sandi Lovriç meydan sahiblərini irəli çıxarıb. Qoldan sonra irəli atılan Luçano Spalettinin kollektivi ikinci hissədə bərabərliyi təmin edib. İtaliya A Seriyasının ən sərrast futbolçusu Viktor Osimhen komandasını məğlubiyyətdən xilas edib: “Udineze” – “Napoli” 1:1. Beləliklə, yarış cədvəlində xallarının sayını 80-ə çatdıran “Napoli” mövsümün yekunlaşmasına 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda ən yaxın rəqibi “Latsio”nu 16 xal qabaqlayır. Qeyd edək ki, “Napoli” tarixi ərzində üçüncü dəfə skudettonun sahibi olub. Neapol klubu sonuncu dəfə 1990-cı ildə - əfsanəvi Dieqo Armando Maradonanın dövründə çempion olmuşdu.