İngiltərə çempionatının 34-cu turunda çempionluğa iddiasını davam etdirən “Arsenal” öz meydanında uğursuz mövsüm keçirən “Çelsi” ilə üz üzə gəlib.

“Topçular”  görüşün taleyini elə ilk hissədə həll ediblər. 18-ci dəqiqədə Martin Ödeqaar hesabı açıb. Norveçli futbolçu yarım saatın tamamında dublu rəsmiləşdirib. Qeyd edək ki, hər iki qolun məhsuldar ötürməsini Qranit Caka edib. Çox keçmədən Qabriel Jesus da fərqlənənlər siyahısına daxil olub. Fasilədən sonra “Çelsi” futbolçularının gücü buraxılan toplardan yalnız birinin əvəzini çıxmağa çatıb. Noni Medueke yekun nəticəni müəyyənləşdirib: Arsenal - Çelsi 3:1

Bu nəticə ilə “Arsenal” xallarının sayını 78-ə çatdıraraq yenidən liderliyi ələ alıb. Komanda ən yaxın rəqibi “Mançester Siti”ni 2 xal qabaqlayır.