Ölkə çempionatının 32-ci turunun mərkəzi matçı “Baksel Arena”da keçirilib.

Əzəli rəqiblər “Neftçi” və “Qarabağ” mövsümün son derbi görüşündə üz üzə gəliblər. Qarşılaşma meydan sahibləri üçün heç də yaxşı başlamayıb. Artıq 11-ci dəqiqədə “ağ qaralar” hesabda geri düşüblər. Ramil Şeydayev İvan Brkiçin qoruduğu qapıya yol tapıb. 5 dəqiqə sonra Leandro Andrade meydan sahiblərini cəzalandırılıb. Yarım saatın tamamında Laurinsiyu Regekanpfun kollektivi azlıqda qalıb. Voyeslav Stankoviç birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin ruhdan düşməyən “Neftçi” futbolçuları ilk hissədə buraxılan toplardan birinin əvəzini çıxıb. Mateus Saldanya fərqi minimuma endirib. Fasilədən sonra “Neftçi”nin braziliyali forvardi uğursuzluqla üzləşib. O, 55-ci dəqiqədə bu dəfə avtoqol müəllifi olub. Çox keçmədən Emin Mahmudov penaltini deqiq yerine yetirib. Bərabərlik axtarışında olan “Neftçi” hücumlarını bir qədər sürətləndirsə də səyləri nəticəsiz qalıb. Əvəzində görüşün sonlarında Abdulla Zubir mübarizəyə nöqtə qoyub: “Neftçi” – “Qarabag” 2:4.

Bu nəticə ilə “Qarabağ” aktivindəki xalların sayını 81-ə çatdırıb. “Neftçi” isə 61 xalla 3-cu pillədədir. Qeyd edək ki, “Neftçi” artıq avrukuboklara vəsiqəni təmin edib.