"Bayern”in İdarə Heyətinin sədri Oliver Kan istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O bu məlumatı təkzib edib. Kan gələn ilədək Münhen təmsilçisin heyətində qalacağını söyləyib. Daha əvvəl bildirilmişdi ki, Kanın yerinə əsas namizəd “Ayntraxt”da eyni vəzifədə fəaliyyət göstərən Aksel Hellman hesab olunur. Həmçinin məlumat verilib ki, Münxen klubunun Müşahidə Şurasının üzvləri komandadakı hazırkı xoşagəlməz vəziyyətə görə əsas məsuliyyətin klubun hazırkı idarə heyətinin sədri Oliver Kanın üzərinə düşdüyünə əmindirlər.