Ölkə çempionatının 32-ci turunda növbəti oyun Qəbələ şəhərində keçirilib. Yerli komanda “Səbail”lə iz üzə gəlib. Hesab 21-ci dəqiqəde açılıb. Ramon Maçado “Qəbələ”ni irəli çıxarıb. Çox keçmədən qonaqlar 2-ci dəfə uğursuzluqla üzləşiblər. Petro Stasyuk avtoqol müəllifi olub. Fasilədən sonra Qəbələ futbolçuları daha bir qol vurublar. Ayub Allaş yerli azarkeşləri sevindirib. Sonradan təşəbbüsə yiyələnən paytaxt təmsilçisi fərqi azaldıb. 69-cu dəqiqədə Ruslan Hacıyev buraxılan toplardan birinin əvəzini çıxıb. Hücumlarına ara verməyən Şahin Diniyevin kollektivi 85-ci deqiqede növbəti dəfə rəqib qapısına yol tapıb. Mirabdulla Abbasovun qüvvətli zərbəsindən sonra müdafiəcilərə deyən top qapıya daxil olub. “Səbail” bərabərlik axtarışında olmasina baxmayaraq səyləri nəticəsiz qalıb. Əsas vaxta artırılan 4-ci deqiqede Ramon Maçado dublu rəsmiləşdirib. “Qəbələ”- “Səbail” 4:2
“Zirə” isə 32-ci turda gözlənilmədən məğlubiyyətlə üzləşib. Komanda öz meydanında “Turan-Tovuz” futbolçuları ilə bacarmayıb. Hesabin açılmasını çox gözləmək lazım gəlməyib. 3-cü dəqiqədə Şəhriyar Əliyev Qərb təmsilçisini irəli çıxarıb. Fasilədən sonra Ayxan Abbasovun futbolçuları rəqibi növbəti dəfə mərkəzə dəvət edib. 58-ci dəqiqədə Natan Noduva, saatın tamamında isə Roderiq Miller ardıcıl olaraq “Zirə”nin qapısına yol tapıblar - 3:0. Rəşad Sadıqovun kollektivi buraxılan toplardan yalnız birinin əvəzini çıxa bilib. Görüşün sonlarında Loris Broqno yekun nəticəni müəyyənləşdirib: “Zirə” – “Turan-Tovuz” 0:3.