“Neftçi”nin müdafiəçisi Mərt Çelik yenidən komandanı tərk edə bilər.
Müqavilə ilə Türkiyənin “Başakşehir” klubuna məxsus olan futbolçu ilə qardaş ölkənin digər komandası “Çaykur Rizəspor” maraqlanır. Bu mövsüm paytaxt klubunun heyətində demək olar ki, meydana çıxmayan Çelikin özü də “Neftçi”dən getmək istəyir. Çox güman ki, “Başakşehir” futbolçunu Rizə təmsilçisinə icarəyə verəcək. Qeyd edək ki, Mərk Çelik milli komandamızın da üzvüdür.