Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının oyununa təyinat alıb. Yunanıstan Super Liqasının saytının yaydığı məumata görə o, ölkə çempionatının 33-cü turunda keçiriləcək PAOK - "Aris" matçını idarə edəcək. Referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Aprelin 30-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.