Azərbaycan Kubokunda yarımfinalın daha bir görüşü olub.
“Turan Tovuz” öz meydanında “Neftçi” ilə üz-üzə gəlib. 1-ci hissədə qol olmayıb. Fasilədən sonra Tovuz futbolçuları gözlənilmədən hesabı açıblar. 74-cü dəqiqədə Denis Marandiçi meydan sahiblərini irəli keçirib. “Neftçi” qalan vaxtda məğlubiyyətdən qurtula bilməyib. “Turan Tovuz” minimal hesabla qalib gələrək yarımfinalın ilk görüşündə üstünlük qazanıb. Komandalar arasında cavab qarşılaşması aprelin 26-sı Bakıda olacaq. Xatırladaq ki, yarımfinalın digər cütündə “Qəbələ” ilk oyunda “Səbail”i 3:2 hesabilə məğlubiyyətə uğradıb.