UEFA çempionlar liqasında ilk yarlmfinalçıları müəyyənləşib. Tarixində ilk dəfə 1/4 finalda çıxış edən “Napoli” səfərdə minimal hesabl uduzduğu “Milan”ı Neapolda qəbul edib. Matça meydan sahibləri güclü hücumlarla başlasalar da, 22-ci dəqiqədə “rossonyeri” hesabı açmağa yaxın olub. Lakin Olivye Jirunun yerinə yetirdiyi penaltidən sonra Aleks Meret topy dəf edib. Stefano Piolinin komandası fasilə ərəfəsində istəyinə çatıb. Rafael Leao fərdi reydini məhsuldar ötürməylə tamamlayaraq Jirunun fərqlənməsinə şərait yaradıb. 2-ci yarı Napolinin üstünlüyü şəraitində keçib. Vaxtın bitməsinə 8 dəqiqə qalmış bu dəfə meydan sahibləri penalti yerinə yetirmək hüququ qazanlblar. Lakin Xviça Kvaratsxeliya Mayk Menyanın qoruduğu qapıya yol tapa bilməyub. 2-ci hissəyə əlavə olunan 3-cü dəqiqədə Viktor Osimhen hesabl bərabərləşdirərək son nöqtəni qoyub: Napoli - Milan 1:1. Qonaqlar 2 oyunun yekununa əsasən 2:1 hesabilə üstün olaraq 16 ildən sonra yarımfinala çıxıb.
UEFA Çempoionlar Liqasının rekordçusu “Real Madrid” öz meydanında “Çelsi”ni minimal hesabıa məğlub edındən sonra səfərdə də qalib gəlib. Fasilədən sonra Rodriqo dubl edərək “Kral Klubu”na 2:0 hesablı qələbə qazandırıb. Madrid futbolçuları 2 oyunun nəticəsinə əsasən 3:0 hesabilə qalib gələrək ən güclü 4 kollektiv sırasına daxil olublar.