Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Səbail”I qəbul edib.

Görüşün favoriti meydan sahibləri sayılsa da, “Səbail” oyuna daha fəal başlayıb. Artıq 9-cu dəqiqədə İlkin Muradov əla zərbə ilə hesabı açıb. Çox keçməmiş “Qəbələ” qapısında daha bir top görüb. Bu dəfə qapı qarşısına ötürmə zamanı müdafiəçiləri qabaqlayan Emil Martınov başla dəqiq oynayıb. Birinci hissənin sonlarına yaxıən meydan sahibləri buraxılan toplardan birinin əvəzini çıxa biliblər. Rafael Utsiq rəqib qapıçısını məyus edib. İlk hissə “Səbail”in 2:0-lıq üstünlüyü ilə başa çatıb. İkinci yarıda “Qəbələ” daha yaxşı təsir bağışlayıb. 66-cı dəqiqədə isə Elmar Baxşiyevin komandası hesabı bərabərləşdirib. Rafael Utsiq topla uzun reyd edərək gözəl qol müəllifi olub 2:2. Meydan sahibləri bu qoldan həvəslənərək qələbə topunu da vura biliblər. 74-cü dəqiqədə son vaxtlar əla formada olan braziliyalı Rafael Santos cərimə meydançası daxilindən topu qapının uzaq küncünə göndərib. Bu görüşdə vurulan son qol olub və “Səbail” üzərində 3:2 hesablı əzmkar qələbə qazanan “Qəbələ” cavab matçı ərəfəsində üstünlük qazanıb. Qeyd edək  ki, bu komandalar arasında cavab oyunu aprelin 27-də Bakıda keçiriləcək.