“Sabah” klubunun yarımmüdafiəçisi Elvin Camalov karyerasını xaricdə davam etdirə bilər.
Millimizin də üzvü olan futbolçu Polşanın “Poqon” klubunun maraq dairəsinə düşüb. Polşanın güclülər dəstəsində çıxış edən komanda mövsümün sonunda Elvinin transferi ilə bağlı “Sabah”la danışıqlara başlamaq fikrindədir. Qeyd edək ki, Camalovun “Sabah”la 2024-cü ilin yayına kimi müqaviləsi var.