Ümumi mükafat fondu 6 milyon avrodan çox olan Monte-Karlo turniri başa çatıb. Finalda rusiyalı Andrey Rublyov danimarkalı Holqer Rune ilə üz-üzə gəlib. İlk setdə Rune üstün olub 7:5. 2-ci hissədə 6:2 hesabı ilə qalib gələn Rublyov, ümumi hesabda tarazlıq yaradıb - 1:1.

 3-cü – həlledici setə Holqer Rune daha yaxşı başlayıb. O, görüşün gedişində 4:1 hesabı ilə önə keçsə də, rusiyalı tennisçinin  əzmkarlığı matçın ssenarisini dəyişib.   7:5 hesabı ilə rəqibini məğlub edən Andrey Rublyov Monte-Karlo turnirinin qalibi olub. Bununla da o, karyerasında ilk dəfə “Masters” seriyalı yarışda fəxri mükafata sahib çıxıb. Buna kimi rusiyalı raketka ustası 2 dəfə finalda uduzmuşdu.  Ümumilikdə isə Andrey Rublyov 13-cü titulunu əldə edib.