Azərbaycan çempionatında 30-cu turun son qarşılaşmasında “Sabah” doğma arenada “Qarabağ”ı qəbul edib.

Bu görüşə kimi mövsüm ərzində uduzmayan Ağdam klubunun məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. İlk hissəsi qolsuz yekunlaşan matçın 2-ci yarısında 3 qol vurulub. 72 və 77-ci dəqiqələrdə “Sabah”ın heyətində Coy Lens Mikkels qapını dəqiq nişan alıb. Qalan vaxtda Riçard Almeyda buraxılan toplardan birinin əvəzini çıxsa da, bu yalnız təsəlli olub. Beləliklə “Sabah” turnir cədvəlinin lideri “Qarabağ”a qalib gəlməklə, xal fərqini 9-a endirib. Mövsümdə ilk dəfə uduzan Ağdam klubu, 18 aydan sonra ölkə çempionatında məğlub olub. Buna kimi, sonuncu dəfə “Qarabağ”a 2021-ci ilin oktyabrında “Səbail” 3:1 hesabı ilə qalib gəlmişdi.