Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov “Neftçi”nin növbəti təklifini də qəbul etməyib.

Paytaxt klubu kapitanı illik 350 min dollarlıq müqavilə təklif etsə də, millimizin üzvünün cavabı müsbət olmayıb. Mahmudovun «ağ-qaralar»la sözləşməsi iyunda başa çatacaq. Ailəsi Azərbaycandan ayrılmaq, Rusiyaya qayıtmaq istəyir. Valideynləri də Eminin 7 ildən sonra geri dönməsini arzulayır. Qeyd edək ki, futbolçu 2017-ci ildən “Neftçi”nin şərəfini qoruyur.