Azərbaycan Basketbol Liqasında 25-ci turun oyunları davam edir.

Çempionatın autsayderi “Olimpik Şəki” “Neftçi”ni qəbul edib. İlk iki setdə meydanda bərabər mübarizə gedib. Sonrakı periodlarda inamla çıxış edən “Neftçi” basketbolçuları yekunda 112-78 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar oyunçusu Yuriy Kondrakov olub. “Neftçi”nin üzvü 39 xal və  9 asistlə fərqlənib. Bu qələbə sayəsində paytaxt klubu xallarının sayını  34-ə çatdırıb. Lakin nəticə “Neftçi”nin turnir cədvəlində mövqeyinı təsir etməyib. Komanda əvvəlk kimi 6-cı pillədə qərarlaşıb. Hesabında 27 xalı olan “Olimpik” isə sonuncu yerdədir. Yarış cədvəlinə 43 xalla “Sabah” başçılıq edir.  Rəqibindən bir xal az toplayan və bir oyun az keçirən NTD isə ikincidir. İlk 3-lüyü 42 xalla “Gəncə” tamamlayır.