Türkiyə kubokunda 1/4 finala yekun vurulub.
Mərhələnin sonuncu oyununda “Fənərbağça” “Kayserispor”u qəbul edib. Artıq 8-ci dəqiqədə hesab açılıb. Əmrə Mor meydan sahiblərinə üstünlük qazandırıb. Çox keçmədən Dimitrios Kolovetsios tarazlığı bərpa etsə də, Emre Mor fasilə ərəfəsində dubl edərək “Fənər”i yenidən irəli çıxarıb. 1-ci hissə “Fənərbağça”nın 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Jorji Jezuşun komandası fasilədən sonra daha 2 qol vurub. 58-ci dəqiqədə Sərdar Dursun, vaxtın tamamında isə Arda Güler diqqət mərkəzinə düşüb. Beləliklə “Fənərbağça” “Kayserispor”u 4:1 hesabilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. İstanbul futbolçuları bu mərhələdə “Sivasspor”la üz-üzə gələcəklər. Xatırladaq ki, yarımfinalın digər cütündə isə “Başakşəhər” və “Ankaragücü” qarşılaşacaq.