İspaniya Kubokunun yarımfinalında “Barselona” doğma arenada “Real Madrid”i qəbul edib.

Ilk oyunda “Sanytaqo Bernabeu”da minimal hesablı qələbə qazanan “Barsa” cavab qarşılaşmasına üstünlüklə çıxmışdı. Amma “Kral Klubu” əzəli rəqibini azarkeşləri önündə tar-mar edib. 1-ci hissənin sonunda Vinisius Juniorun qolu ilə paytaxt təmsilçisi hesabıə açıb. Fasilədən sonra isə Kərim Benzema diqqət mərkəzinə düşüb. La Liqanın son turunda “Valyadolid”lə oyunda 3 qol vuran forvard bu dəfə “Barselona” ilə görüşdə het-trik edib. Bununla da o, 28 ildən sonra “El Klasiko”da het-trik edən “Real Madrid”in ilk futbolçusu olub. Sonuncu dəfə 1995-ci ildə İvan Zamarano Madriddə 3 qolla diqəqt çəkmişdi. Barselonanıən meydanınd isə yalnız Ferents Puşkaş 3 qol vurmağa nail olmuşdu. Beləliklə Benzema 60 ildən sonra macarıstanlı əfsansənin göstəricisini təkrarlayıb. Beləliklə  cavab oyununda 4:0 hesablı qəlbə qazanan Real Madrid 9 ildən sonra İspaniya kubokunun finalına yüksəlib. Həlledici görüşdə kral klubu “Osasuna” ilə üz-üzə gələcək. Qarşılaşma mayın 6-da Sevilya şəhərinin Olimpiya stadionunda olacaq.