“Neftçi”nin növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub.

Söhbət Albaniyanın “Tirana” klubunun forvardı Florenta Hasanidən gedir. Bakılılar əslən Kosovodan olan futbolçunun meneceri ilə artıq ilkin danışıqlar aparıblar.Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın da Hasani ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.