Basketbol Liqasının 24-cü turunda çempionatın autsayderlərindən “Zirvə Astara” liderlər qrupunda qərarlaşan NTD–ni qəbul edib. Nominal meydan sahibləri ilk hissəni 19:16 hesabı ilə irəlidə tamamlasalar da, NTD sonrakı periodda vəziyyəti xeyirinə dəyişib. Komanda böyük fasiləyə 49:38 hesabı ilə üstün yollanıb. Təşəbbüsü əldən verməyən NTD yekunda 112:92 hesaı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu 30 xal və  6 ribaundla Astara klubunun üzvü Darin Conson olub. Bu qələbə sayəsində xallarının sayını 42-ə çatdıran NTD yenidən ilk pilləyə yüksəlib.

“Gəncə” komandası da turu qələbə ilə başa vurub. Qərb təmsilçisi “AAAF Xırdalan”a qalib gəlib. Oyuna fəal başlayan Gəncə basketbolçuları sona kimi üstünlünü qoruyub. 94:83. Qalib komandanın heyətində Amil Həmzəyev 24 xal və 6 ribaundla ən məhsuldar oyunçu seçilib. 24 turdan sonra hesabında 41 xalı olan “Sabah” və “Gəncə” 2-ci-3-cü yerləri bölüşür.