Azərbaycan Basketbol Liqasında 24-cü tur başlanıb.

Günün ilk oyununda “Sərhədçi” “Olimpik Şəki” ilə üz-üzə gəlib. Qarşılaşmaya fəal başlayan meydan sahibləri ilk periodu 35-19 hesabı ilə öndə tamamlayıblar. İkinci hissədə Şəki basketbolçuları fəallıq göstərsələr də böyük fasiləyə “Sərhədçi” üstün yollanıb – 56:46. 3-cü hissədə “Olimpik” hesabı xeyirinə dəyişib. Lakin bu region təmsilçisinin yekunda uğur qazanması üçün kifayət etməyib. Sonuncu periodda yenidən təşəbbüsə yiyələnən “sərhədçilər” 94:91 hesablı qələbə qazanıblar. “Sərhədçi”dən Maksvel Starvud 35 xal və  7 ribaundla görüşün ən məhsuldar basketbolçusu seçilib.

Turun ikinci matçı "Neftçi" və "Sabah" arasında keçirilib. Qonaqlar rəqiblərinə qalib gəlməkdə çətinlik çəkməyiblər -80:68. Matçın ən məhsuldar oyunçusu Mohsen Moradxani olub. “Neftçi”nin üzvü 23 xal və 16 ribaundla fərqlənib.