Avroliqada 32-ci turunda Pley-offa vəsiqə uğrunda mübarizə aparan hazırkı çempion “Anadolu Efes” İstanbulda “Virtus Bolonya”nı qəbul edib. İlk bölümdə rəqibinin müqaviməti ilə üzləşən Ergin Atamanın komandası fasiləyə qədər təşəbbüsü ələ alıb. İkinci hissə də Türkiyə təmsilçisinin üstünlüyü şəraitində keçib. 24 xal toplayan serbiyalı Ante Jijiç “Anadolu Efes”in ardıcıl 2-ci qələbəsini qazanmasında böyük pay sahibi olub: Anadolu Efes – Virtus 86:67.
İtaliyanı təmsil edən “Olimpiya Milano” da səfərdən məğlubiyyətlə dönüb. Təl-Əvivdə “Makkabi”nin qonağı olan lombardiyalılar artıq ilk hissədən çətin vəziyyətə düşüb. Fasiləyə 17 xal fərqilə geridə yollanan “Olimpiya Milano” 3-cü periodda hesab arasındakı fərqi bir qədər azaltsa da, son bölümdə yenə də inamsız təsir bağışlayıb: Makkabi Təl-Əviv – Olimpiya Milano 85:66. Çempionatın liderlərində olan “Baarselona” isə doğma azarkeşləri önündə “Alba Berlin”i darmnadağın edib. Hərçənd “Barsa” ilk hissədə heç də xoş təsir bağışlamayıb. Fasilədən sonra təzyiqi artıran İspaniya təsmilçisi sona qədər meydanda dominanlıq edən tərəf olub. Beləliklə də, “Alba Berlin”i 72:56 hesabı ilə məğlub edən “Barselona” bütün turnirlər daxil olmaqla ardıcıl 7-ci qələbəsini qazanıb.