“Qarabağ” Türkiyə “Qalatasaray”ına qarşı keçirəcəyi xeyriyyə matçı üçün “Zirə”dən bir futbolçu götürə bilər.
Bu, bir vaxtlar Ağdam klubunun da formasını geyinmiş Donald Geryedir. Sol cinah müdafiəçiləri Elvin Cəfərquliyevlə Toral Bayramovun Azərbaycan millisinə çağırılacağını nəzərə alan “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov həmin mövqedəki boşluğu məhz haitili oyunçu ilə doldurmağı planlaşdırır.