“Qarabağ”ın futbolçusu Kevin Medina Türkiyə klubunun diqqət mərkəzinə düşüb.
Superliqa təmsilçisi “Alanyaspor” kolumbiyalı futbolçunu transfer etmək istəyir. Klubun yeni baş məşqçisi Ersun Yanal şəxsən Medinanı diqqət mərkəzində saxlayır. Türkiyə təmsilçisi mövsümün sonunda Medina ilə bağlı “Qarabağ”la danışıqlara başlayacaq.