İngiltərə Premyer Liqasının 26-cı turu “Liverpul”un tarixi qələbəsi ilə yadda qalıb. Mersisaydlılar doğma arenada “Mançester Yunayted”i tar-mar ediblər. Hesab 1-ci hissənin sonunda açılıb. Kodi Qakpo fərqlənib. 2-ci hissədə isə meydan sahibləri daha 6 qol vurublar. 47-ci dəqiqədə David Nunyez hesabı artırıb. Qonaqlar özlərinə gəlməmiş Qakpo dubl edib - 3:0. 66-cı dəqiqədə Məhəmməd Salah diqqət mərkəzinə düşüb. 75-ci dəqiqədə David  Nunyez hesabı 5:0 edib. 83-cü dəqiqədə Məhəmməd Salah özünün 2-ci, komandasının 6-cı qolunu vurub. “Liverpul”un heyətində Premyer Liqada 129-cu dəfə rəqib qapısına yol tapan misirli futbolçu Robbi Faulerin göstəricisini geridə qoyaraq, klubun yeni rekordçusu olub. Salah Premyer Liqada “Mançester Yunyted”in qapısından 10 top keçirib ki, bu göstəricidə də Alan Şirerin nəticəsini təkrarlayıb. Tarixi qarşılaşmada son nöqtəni Məhəmməd Salahın ötürməsindən sonra Roberto Firminyo qoyub - 7:0.

“Mançester Yunayted”in rəsmi görüşlərdə ümumilikdə 11 oyunluq məğlubiyyətsizlik seriyasını bitirən “Liverpul” həm də əzəli rəqibi üzərində ən böyükhesablı qələbəsini qazanıb. Mankunyanlar isə 92 ildən sonra tarixinin ən ağır məğlubiyytlərindən biri ilə üzləşiblər. Komanda sonuncu dəfə 1931-ci ildə “Vulverhempton”a 0:7 hesabı ilə uduzmuşdu. Buna kimi isə “Blekbern Rovers” və “Aston Villa” eyni hesabla mankunyanlara qalib gəlmişdi. Əlavə edək ki, 26 turdan sonra “Mançester Yunyted” 49 xalla turnir cədvəlində 3-cü, “Liverpul” isə 42 xalla 5-ci yerdədir. Premyer liqaya 63 xalla “Arsenal” başçılıq edir.