İspaniya kuboku turnirində yarımfinalın ilk oyununda “Osasuna” və “Atletik” Bilbaonu qəbul edib.

La Liqada qonşu pillələrdə qərarlaşan bu komandalar Pamplona şəhərindəki “Estadio El Sadar” arenasında üz-üz-üzə gəlib. Görüşə fəal başlayan “Atletik” futbolçuları ilk hissədə meydan sahiblərinin qapısına yol tapsalar da, ofsayd qərarı ilə qol qeydə alınmayıb.   Fasilədən dərhal sonra isə “Osasuna” istəyinə nail olub. 47-ci dəqiqədə təşkil olunan əks hücum zamanı Abde Ezzalzouli fərqlənib. Görüşün qalan vaxtında isə hesab dəyişməyib və matç “Osasuna”nın 1:0 hesablı qələbəsilə yekunlaşıb. Komandalar arasında cavab matçı martın 5-də Bilbao şəhərində olacaq.