Basketbol Liqasının 19-cu turunun son oyununda “Olimpik Şəki”  “Zirvə Astara”nı qəbul edib.

Şəki Olimpiya İdman Kompleksində keçirilən autsayderlərin görüşündə cənub təmsilçisi qələbə qazanıb. İlk hissədə 24-17 hesabı ilə irəli çıxan “Zirvə” basketbolçuları böyük fasiləyə də üstün yollanıb: 54-34.  Sonrakı periodlarda da üstünlüyünü qoruyan qonaqlar yekunda 89:73 hesabı ilə qalib gəliblər. “Zirvə Astara”nın üzvü Zaur Paşayev 20 xal və 9 ribaundla matçın ən məhsuldar basketbolçusu seçilib. Bu qələbə ilə “Zirvə Astara” xallarının sayını 21-ə çatdırıb. Komanda eyni xala malik və son pillədəki “Olimpik Şəki”ni bir pillə qabaqlayıb. 19 turdan sonra yarış cədvəlində 3 hakimliyətlikdir. “Sərhədçi”, NTD və “Sabah” 32 xalla müvafiq olaraq ilk 3-də qərarlaşıblar., 20 -ci turun oyunları 1-dən 5-dək keçiriləcək.