Basketbol Liqasının 19-cu turunda çempionluğa iddialı NTD və  “Sabah” üz-üzə gəlib. 

Liderlər qrupunda qərarlaşan bu komandaların görüşündə nominal qonaqlar qələbə qazanıblar. İlk periodda 15-14 hesabı ilə önə çıxan “Sabah” basketbolçuları böyük fasiləyə kimi üstünlüyünü artırıblar: 35:25. 3-cü hissədə NTD fəallaşsa da, bu qələbə üçün kifayət etməyib. “Sabah” yekunda 82-72 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu Entoni Patti olub. “"Sabah”komandasının üzvü 18 xal və 14 ribaundla diqqət çəkib.  Bu qələbədən sonra turnir cədvəlində 3 hakimiyyətlik yaranıb. 32 xalı olan   “Sərhədçi”, NTD  və  “Sabah” ilk 3 pilləni bölüşür. Onlardan bir xal az toplayan “AAAF Xırdalan” 4-cü yerdədir. 19-cu turun digər oyunlarında “Gəncə” “Neftçi” ilə, “Olimpik Şəki ” isə “Zirvə Astara” ilə qarşılaşacaq.