"Neftçi"nin aparıcı futbolçusu Kenni Sayef Kiprin “Omoniya” klubuna keçə bilər.
Kipr çempionatının iddialılarından olan Nikosiya təmsilçisi yayda Sayefi transfer etmək istəyir. Ancaq yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Məhz buna görə də, Kipr klubunun rəhbərliyi Sayef üçün “Neftçi”yə müəyyən məbləğ ödəməlidir. Yayda “Omoniya”nın israilli üçün “Neftçi”yə müraciət edəcəyi gözlənilir. Xatırladaq ki, 29 yaşlı futbolçu yayda "Anderlext"dən ayrılaraq "Neftçi"yə keçmişdi.