"Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər.

Türkiyə mətbuatının məlumatına görə Ağdam təmsilçisi  "Trabzonspor"un futbolçusu Fode Koyta ilə danışıq aparır. 32 yaşlı hücumçu "Qarabağ"la razılıq əldə etməyə yaxındır. Qeyd edək ki, "Trabzonspor" Fode Koytanı mövsümün əvvəlində "Kasımpaşa"ya icarəyə verib. Təcrübəli oyunçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 6 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına kimidir.