“Qarabağ” bu gün Konfrans Liqasında play-off mərhələsinin təkrar oyununda səfərdə Belçikanın “Gent” klubunun qonağı olacaq. Oyun öncəsi Ağdam klubunun heyətində yeni itkilər. Əgər Şahruddin Məhəmmədəliyevlə Abbas Hüseynovun əvvəlcədən görüşdə iştirak etməyəcəkləri bilinirdisə, Marko Yankoviçin qəfildən zədələnməsi məşqçilər heyətinin əhvalını korlanıb. İlk oyunda minimal gesablı qələbəyə rəğmən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəqibin ciddiliyini yenə önə çəkib: "Oyuna ciddi hazırlaşırıq. Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik".

Belçika klubu da oyuna itkilərlə çıxacaq. Komandanın heyətində Alessio Kastro-Montes, Joe Okumu və Endryu Hülsagerin meydana çıxması hələ də sual altındadır. Elə komandanın baş məşqçisi Heyn Vanhazebruk da məhz bundan gileylənib: “Zədəli futbolçularımızın vəziyyəti yaxşıdır, lakin bu, onların hamısının oyunda iştirak edə biləcəyi anlamına gəlmir. Qarabağ"a qarşı cavab oyunu çətin olacaq. Rəqibə bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik. Növbəti mərhələyə keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq. İlk oyunda qapıya kifayət qədər zərbə endirə bilmədik.  Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. 

Qeyd edək ki  "Gent" - "Qarabağ" oyunu yerli vaxtla Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Görüşü Şotlandiyadan olan hakimi Uilliam Kollum idarə ecəcək.