UEFA Çempionlar LiqasınIn 1/8 finalında “İnter” doğma arenada ”Portu”nu qəbul edəcək. Görüşün favoriti Milan klubu olsa da, Portuqaliya komandasının son 10 oyunda qalib gəlməsi diqqət çəkir. Qarşılaşma öncəsi “Portu”nun heyətində bir sıra problemlər var. Zədədən əziyyət çəkən Evanilson, Qaleno, Otavio, Mateus Uribe və Fabio Kardosonun meydana çıxması sual altındadır. Bütün bunlara baxmayaraq, komandanın baş məşqçisi Serjiu Konseysau nikbinliyini itirmir:

“Oyuna kimi bəzi futbolçuların hazır olacağına inanıram. Klubun tibbi heyəti bunun üçün əlindən gələni edir. Amma istənilən halda, itkilərə baxmayaraq heyətdəki futbolçularla bu qarşılaşmaya tam hazırıq. Rəqibimizin fərdi və komanda olaraq keyfiyyətli oyunçulara sahib olduğunu da bilirik. Amma biz də həm fərdi, həm də komanda olaraq heç də geri qalmırıq. Çox çətin matç oalcaq. Ancaq ¼ finala adlamaq üçün bu görüşdə yaxşı nəticə əldə etmək vacibdir”.                   

“İnter” də son oyunlarda inamlı təsir bağışlayır. Komandanın son 5 görüşdən 4 də qalib gəlməsi diqqət çəkir. Üstəlik komandada elə də ciddi itki yoxdur. Sadəcə Xoakin Korreanın zədəli olduğunu qeyd etmək olar. Milan klubunun baş məşqçisi Simone İnzagi rəqibin belə yarışlarda böyük təcrübəyə malik olduğunu və qarşılaşmanın çətin keçəcəyini bildirib: “Portu” Çempionlar Liqasında daim öz oyunu ilə seçilib. Təsadüfi deyil ki, 2 il əvvəl “Çelsi” turnirin qalibi olanda, ¼ finalda Londonda rəqibi ilə bacarmamışdı. Belə komanda üçün doğma arena və ya səfər matçı anlayışı yoxdu. Daim öz oyununu oynamağa çalışır. Nəzərə alaq ki, rəqibimiz ardıcıl 10 matçdır ki, qələbə qazanır. Buna görədə bizi qarşıda çox çətin 2 qarşılaşma gözləyir. Belə görüşlərdə nəzarəti 1 an belə əldən vermək olmaz. Əsas məqsədimiz azarkeşlərimiz qarşısında sərfəli nəticə əldə etməkdir”