UEFA Çempionlar Liqasının 1/8 finalında ötən mövsümün finalçıları üz-üzə gəlib. “Liverpul” “Enfild”də “Real”ı qəbul edib. “Qırmızılar” ilk 15 dəqiqədə rəqibi 2 dəfə cəzalandırıb. 4-cü dəqiqədə Darvin Nunyes gözəl qolun müəllifi olub. 14-cü dəqiqədə Məhəmməd Salah Tibo Kurtuanın kobud səhvindən lazımınca yararlanıb. Bununla misirli hücumçu avrokuboklarda vurduğu qollarını sayını 42-ə çatdıraraq əfsanəvi Stiven Cerardı arxada qoyub. Amma ötən mövsümün çempionu buraxılan qolların əvəzini artıqlaması ilə çıxaraq dönüş edib. 21-ci dəqiqədə Vinisius Juniorun zərbəsi qarşısıalınmaz olub. 36-cı dəqiqədə braziliyalı futbolçu dubl edib. Beləliklə ilk hissə 2:2 hesabilə başa çatıb. 2-ci yarı başlayan kimi “Real” önə çıxıb. Eder Militao başla fərqlənib. 8 dəqiqə sonra Kərim Benzema fərqi artırıb. 67-ci dəqiqədə təcrübəli hücumçu hesabı rüsvayçı həddə çatdıraraq son nöqtəni qoyub: “Liverpul” – “Real Madrid" 2:5.

İtaliya çempionatının lideri “Napoli” isə səfərdə Avropa Liqasının qalibi “Ayntraxt”ın qonağı olub. Neapol futbolçulara görüşə güclü hücumlarla başlayıb. 36-cı dəqiqədə Xviça Kvaratsxeliya penaltidən fərqlənə bilməsə də, çox keçmədən Viktor Osimhen hesabı açıb. 1-ci hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra “Ayntraxt” azlıqda qalıb. 58-ci dəqiqədə Randal Kolo Muani qırmızı vərəqəylə cəzalanıb. Say üstünlüyü əldə edən “Napoli” 65-ci dəqiqədə 2-ci qolu vurub. Covanni Di Lorentso yekun nəticəni müəyyənləşdirib. 1/8 finalın cavab oyunları martın 15-də keçiriləcək.