“Qarabağ” UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Bakıda Belçikanın “Gent” klubu ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün startından əvvəl Türkiyədə baş verən zəlzələdə həlak olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.
Oyuna hər iki komanda hücümlarla başlayıb. Amma hər iki tərəfin səylərinə baxmayaraq ilk hissədə hesab açılmayıb. Fasilədən sonra komandamız təşəbbüsü ələ alıb. Bunun məntiqi nəticəsidir ki, hissənin əvvəlində “Gent”in qapısına penalti təyin edilib. Musa Qurbanlının zərbəsindən sonra top rəqib müdafiəçinin əlinə dəyib. Görüşün baş hakimi VAR-a baxandan sonar 11 metrlik nöqtəni gəstərib. Amma Ramil Şeydayev bu fürsətdən yararlana bilməyib.
Ruhdan düşməyən futbolçularımız hücümlarını davam etdiriblər. Nəhayət 78-ci dəqiqədə hesab açılıb. Lenadro Andrade topu qapıdan keçirib. Görüşün sonunda meydan sahibləri 2-ci qolu vurmağa yaxın olublar. Amma bu epizodda Redon Cicanın zərbəsindən sonra top qapı tirindən geri qayıdıb.
Qalan vaxtda da fəal oyununu davam etdirən “Qarabağ” futbolçuları üstünlüklərini qoruyaraq, ilk oyunda minimal hesablı qələbə qazanıblar. Qeyd edək ki, cavab görüşü fevralın 23-də Belçikada olacaq.