“Qarabağ” daha bir futbolçunun keçidini həll edib. Ağdam klubu Portuqaliya "Tondela"sının üzvü Telmy Arkanju ilə anlaşıb. Ancaq keçid yayda reallaşacaq. 21 yaşlı yarımmüdafiəçi "Qarabağ"a azad agent kimi keçəcək. Onun hazırkı klubu ilə müqaviləsi məhz mövsümün sonuna qədərdir. Kabo-Verde millisinin üzvü olan Arkanju bu mövsüm Portuqaliya II Liqasında 16 matç keçirib, 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.