Klublararasi dünya çempionatının 2-ci yarımfinal oyununda Afrikanı təmsil edən Misirin “Əl Əhli” komandası UEFA Çempionlar Liqasının hazlırki qalibi “Real Madrid”lə üz-üzə gəlib.

Gözlənildiyi kimi “Kral klubu” sürprizə imkan verməyib. Madrid futbolçularının aramsız hücümları fasilə ərəfəsində bəhrəsini verib. Vinisius Junior hesabı açıb. 2-ci hissə başlayan kimi Madrid təmsilçiləri 2-ci qolu vurublar. Bu dəfə Fede Valverde topu qapıdan keçirib. 65-ci dəqiqədə hesab arasındakı fərq minimuma enib. Ali Malulun penaltini dəqiq yerinə yetirməsi görüşdə həyəcaı artırıb. 87-ci dəqiqədə Luka Modriç bu gərginliyi daha da artırıb. Xorvatiyalı fuitbolçunun penaltuidən yararlana bilmnəməsi “Əl Əhli futbolçulrını daha da ümidləndirib. Amma 2-ci hissəyə artırılmış vaxtda Rodriqo hesab arasıəndakı fərqi 2 topa yüksəldərək, demək olar ki oyunun taleyini həll edib. Son saniyəlrdə isə Vinisisusu əvəzləyən Serxio Arribas  meydana daxil olandan dərhal sonra fərqlənərək həm yekun nəticni müəyynlıəşdirib, həm də “Kral klubu”nun əsas komandasında ilk qolunu vurub. Beləliklə 4:1 hesabı ilə qlaib gələn “Real Madrid” 5-ci dəfə turnirin finalına yüksəlməjklə yeni rekord müəyyənlıəşdirib. Xatırladaq ki, əvəlki 4 fial qarşılaşmasının qarşılaşmasında “Real” qələbə qazanıb. Həlledici qarşılaşmada Madrid təmsilçisi Səudiyyə Ərəbistanın “Əl Hilal” klubu ilə üz-üzə gələcək. Görüş fevralıən 11-də Mərakeşin paytaxtı Rabat şəhərində olacaq.