Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.

Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub. U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək. Xatırladaq ki, yığmamız toplanış çərçivəsində iki gün əvvəl Tacikistanın U-20 yığmasına 1:2 hesabı ilə uduzub.