Türkiyədə fevralın 6-sı səhər saatlarında başlayan və 9 saat müddətində davam edən dağıcı zəlzələ nəticəsində ölən və yaralananların sayı hər keçən saat artmaqdadır.

AFAD-ın məlumatına əsasən hazırda ölənlərin sayı 5894 nəfərə çatıb. 34 mindən çox insan isə təbii fəlakət nəticəsində yaralanıb. Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Dağılan binaların sayı isə 5 mini keçib. Dağıntılar altında türkiyəli idmançılar da var. İkinci liqada çıxış edən “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslan yıxılan binanın altında qalaraq həlak olub. Bundan başqa Türkiyə Gənclər və İdman Nazirliyindən verilən məlumata görə dağıntılar altında güləşçilər, basketbolçular və voleybolçuların da olduğu bildirilir. Hələlik onlar barədə isə heç bir məlumat yoxdur.