Azərbaycan çempionatında 21-ci turun sonuncu oyunu olub. Lider “Qarabağ”ın ən yaxın izləyicisi “Sabah” autsayder “Səbail”i qəbul edib. Oyundan əvvəl Türkiyədəki zəlzələdə həlak olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

“Sabah”  artıq ilk hissədə rəqibi 3 dəfə cəzalandırıb. 4-cü dəqiqədə Coy Lens Mikels hesabı açıb. 10-cu dəqiqədə David Volkov fərqi artırıb. 31-ci dəqiqədə gürcüstanlı futbolçu dubl edib. Böyük üstünlük qazanan “Sabah” fasilədən sonra azlıqda qalıb. 68-ci dəqiqədə Yon İrasabal meydandan çıxarılıb. 79-cu dəqiqədə komandaların heyətində futbolçuların sayı bərabərləşib. “Səbail”in kapitanı Rahid Əmirquliyev qırmızı vərəqəylə cəzalanıb. Rəqibinə müqavimət göstərməkdə çətinlik çəkən qonaqlar vaxtın bitməsinə 7 dəqiqə qalmış qapılarında daha bir qol görüblər. Emanuel Ape görüşdə yekun nəticəni müəyyənləşdirib. “Sabah” – “Səbail” 4:0 Murad Musayevin ardıcıl komandası çempionatda ardıcıl 4-cü qələbəni qazanaraq 57 xalla lider olan “Qarabağ”la xal fərqini 5-ə qədər azaldıb. “Səbail” 13 xalla yarış cədvəlinin sonuncu – 10-cu pilləsindədir.