Azərbaycan çempionatının 21-ci turunda “Zirə” doğma arenada “Qəbələ”ni qəbul edib. Görüşdə hesabı qonaqlar açıblar. Rafael Utziq qapını dəqiq nişan alıb. Az sonra tarazlıq bərpa olunub. Dmitrios Çantakias hədəfdən yayınmayıb. 2-ci hissənin əvvəlində meydan sahibləri hesabda önə keçiblər. Loris Broqno fərqlənib. Felipe Santos isə komandasını məğlubiyyətdən xilas edib - 2:2. Artıq 5 turdur qalib gələ bilməyən “Qəbələ” 27 xalla turnir cədvəlində 5-ci yerdədir. Onu 5 xal qabaqlayan “Zirə” 4-cü pillədə qərarlaşıb. Komanda ilk 3-lüyü tamamlayan “Neftçi”dən 12 xal geri qalır.

Yeri gəlmişkən, “Neftçi” bu tur doğma arenada “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. Hər iki qol fasilədən sonra vurulub. Solomon Kverkveliya və Mateus Saldanya fərqlənib. 44 xalla 3-cü yerdə qərarlaşan “Neftçi” lider “Qarabağ”dan 13 xal geridir. 2-ci pillədəki “Sabah”ın aktivində isə 49 xal var.