“Qarabağ” klubunun daha bir futbolçusu zədələnib.
Əsas qapıçı Şahruddin Məhəmmədəliyev məşqdə ağır zədə alıb.Belə ki, millimizin qapıçısının qolu sınıb. İlkin olaraq onun 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Qeyd edək ki, bu gün səhər Ağdam klubunun daha bir futbolçusu Abbas Hüseynov da ciddi zədə alıb. Onun üçün mövsümün artıq başa çatdığı bildirilir.