"Şamaxı" Antalya toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirib.

Bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matç qolsuz heç-heçə ilə başa çatıb. "Şamaxı" ikinci oyunu Rumıniyanın “Botoşani” komandasına qarşı keçirib. Amma bu oyun ikinci hissədə yarımçıq dayandırılıb. Səbəb güclü yağışın yağmasıdır. 68 dəqiqə oynanılan matçda "Şamaxı" rəqibinə 0:1 hesabı ilə məğlub olurdu.