"Şamaxı" qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Antalya şəhərinə yollanıb. 11 gün qardaş ölkədə məskunlaşacaq bölgə təmsilçisi bu müddətdə 3 yoxlama oyunu keçirəcək.

 Yanvarın 11-də Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" toplanışın son matçında yanvarın 18-i Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək.