Azərbaycan millisinin forvardı Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı 2022-ci ildə dünyanın bombardirləri sırasına düşüb.
Qarabağ”ın hücumçusu il ərzində vurduğu 25 qolla 67 nəfərlik siyahının 55-ci pilləsində qərarlaşıb. Onunla birlikdə daha 14 oyunçunun aktivində 25 top var. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub. Cədvələ Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 oyuna 56 qolla yadda qalıb.